Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda qlobal səviyyədə meymunçiçəyi xəstəliyinin yayılma riskini orta dərəcədə qiymətləndirir, lakin vəziyyətin daha da pisləşə biləcəyini istisna etmir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, mayın 26-na olan məlumata görə, ÜST-də meymunçiçəyi xəstəliyinə dair 257 laboratoriyada təsdiqlənmiş və 120 şübhəli məlumat var. Qeyd olunur ki, təşkilata ölüm faktı daxil olmayıb.
Hazırda qlobal səviyyədə ümumi ictimai sağlamlıq riski orta səviyyədə qiymətləndirilir.