|
|
|
|

Bakı Enerji Forumu çərçivəsində Şuşada təşkil olunan xüsusi sessiya daxilində Azərbaycan Respublikası Energetika Nazirliyi ilə BP şirkəti arasında “Əməkdaşlığa dair icra müqaviləsinə əlavə” sənədi imzalanıb.
525.az-ın verdiyi xəbərə görə, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və BP-nin Regional prezidenti Qari Counz imzalayıblar.
Bunsan əlavə, Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında İcra müqaviləsi imzalanıb. Sənədi energetika naziri Pərviz Şahbazov və "Masdar Clean Energy" şirkətinin İcraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharrami imzalayiblar.



