|
|
|
|

2022-ci il iyunun 1-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin nümayəndəsinin iştirak etdiyi Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib.
Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor çıxış edərək koronovirus epidemiyası səbəbindən son iki ildə bu sərgiləri keçirilmədiyini, Azərbaycanın hazırda əhalinin peyvəndlənməsi baxımından aparıcı ölkələrdən biri kimi çıxış etdiyini, məhz buna görə də Bakıda yenidən beynəlxalq tədbirlərin keçirildiyini bildirib. O qeyd edib ki, Enerji sənayesində cari meyilləri nəzərə alaraq, Bakı Enerji Həftəsi tədbiri özündə üç ayrı layihəni ehtiva edir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əlbəttə ki, sabah keçiriləcək əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu. Təbii ki, ənənələrə uyğun olaraq bütün bu tədbirlər davam edəcək.
Rassel Teylor bildirib ki, Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir. Bakı təkcə regionda ən böyük olan bu sənaye tədbirinə ev sahibliyi etmir. Eyni zamanda, gələn həftə baş tutacaq Formula 1 kimi beynəlxalq yarışın keçirildiyi məkandır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq tədbirin açılış mərasimində iştirak edərək
Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırdığını, daxili bazarda tələbatları tam təmin etdiyini, sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışdığını, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransların qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynadığını qeyd edib. Ölkə başçısı qeyd edib:
"... bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir".
Qafar Əliyev,
YAP Qaradağ Rayon Təşkilatının sədri



