|
|
|
|

“Interconnector Greece – Bulgaria” (IGB) kəmərinin operatoru Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.
525.az xəbər verir ki, bu barədə Bolqarıstanın BNR agentliyi məlumat yayıb. Qaz nəqlinin hələlik sınaq mərhələsində olduğu bildirilib.
Məlumata görə, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.



