
Sabirabad rayon Regional Mədəniyyət idarəsinin və Sabirabad rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə, İkinci Dünya müharibəsinin iştirakçısı olmuş Əliyev Zülfəli Hüseyn oğlunun 100 illik yubileyi münasibəti ilə işıq üzü görən "Bir ömürün işığı" adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi Zülfəli Əliyevin qızı İradə Əlilidir. Kitabda el ağsaqqalının keşməkeşli və şərəfli həyat yolundan bəhs edilir.
Təqdimatda ziyalılar, qazilər, şəhid ailələri iştirak ediblər. AYB Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, Mirnizami Ağayev, yazıçı-jurnalist Minəxanım Əkrəmqızı, şair-publisist Rəqibə Qəvvas, "Əsgərə xatirə" layihəsinin rəhbəri Nuranə Şıxalıyeva, Sabirabad rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatnın sədri Faiq Hüseyinov, rayon Gənclər idarəsinin rəisi Nadir Quliyev, YAP rayon təşkilatının sədri Varis Rüstəmov, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Eldar Urufov, Regional Mədəniyyət idarəsinin rəis müavini Telman Əzimov, şəhid atası Əlbaxış Qarayev, Qarabağ qaziləri - Rüxsarə Cumayeva, Hikmət Hüseynov, Rafiq Rəhimov və digər qonaqlar çıxış edərək Zülfəli Əliyevlə bağlı xatirələrini danışıblar.
Təqdimatda kitabla bağlı geniş müzakirələr aparılıb. Zülfəli Əliyevin nəticələri Məhəmməd Salahlı və İsa Babazadənin qiraətində şeirlər səsləndirilib.
Sonda İradə Əlili söz alaraq qonaqlara minnətdarlığını bildirib.



