|
|
|
|

"General Polad Həşimov gəmisi" Ukraynadan bitki yağı daşıyacaq
525.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, Mərkəz Ukrayna limanlarından ərzaq daşıyan iki gəminin yola salınmasına icazə verib.
Gəmilərin ümumi yükü 14 250 tondur. "Mrc Lina" gəmisi Yujnıy limanından Mərsinə 7800 ton bitki yağı gətirəcək. "General Polad Həşimov" gəmisi isə Çernomorsk limanından Mərsinə 6 450 ton günəbaxan yağı gətirəcək.
Bundan başqa, əvvəlki günlərdə əlverişsiz havaya görə yola düşə bilməyən 4 gəmi də gün ərzində Ukrayna limanlarını tərk edəcək.



