Çindən sonra Hindistan da iynəsiz Covid-19 peyvəndinin istifadəsini təsdiqləyib.
525.az xəbər verir ki, Hindistanda hökumət "Bharat Biotech" şirkəti tərəfindən hazırlanmış və burundan vurulan Covid-19 peyvəndinin hələ də peyvənd olunmamış insanlarda istifadəsinə icazə verib.
Hindistanın Səhiyyə naziri Mansukh Mandaviya “Twitter” hesabında bu addımın epidemiyaya qarşı kollektiv mübarizəni daha da gücləndirəcəyini deyib. Şirkət tərəfindən peyvəndin effektivliyi ilə bağlı heç bir araşdırma dərc edilməyib. Onun nə vaxt paylanacağı barədə də heç bir məlumat verilməyib.
Qeyd edək ki, dondurucuda saxlanmalı olan injeksiya mayesindən fərqli olaraq, inhalyasiya edilə bilən vaksinin mayesi 2-8 dərəcə selsi arasında kimyəvi bütövlüyünü saxlayır.
Məhəmməd Tağıyev