Bugünkü ümumi auditoriya zamanı Papa Fransisk dünyanı gözləyən müharibələr haqqında söz açıb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, Fransisk bildirib ki, bəşəriyyət indi dünya böyük müharibə təhlükəsi yaşayır. O, dünyada harmoniya və barışıq yaratmaq üçün insanların hər birinin eyni fikir və düşüncə uğrunda mübarizə aparmağa çağırıb.
“Dövrümüzün bütün müharibə ssenariləri qarşısında hər kəsdən sülh qurucusu olmağı xahiş edirəm. Harmoniya və barışıq düşüncələrinin, planlarının bütün dünyaya yayılması üçün dua edirəm. Bu gün biz dünya müharibəsi yaşayırıq, lütfən, dayanaq. İstənilən müharibənin qurbanlarını, xüsusən də əziz Ukrayna əhalisini müqəddəs Məryəmə əmanət edirik”, - deyə Papa dinləyicilər qarşısında çıxış edib.
Malik Atilay