Vyetnamın cənub-şərqindəki Bin Duonq rayonunda karaoke barda baş verən yanğında 32 nəfər həlak olub.
525.az Vyetnam Xəbər Agentliyindən (VNA) aldığı məlumata görə xəbər verir ki, üç mərtəbəli karaoke zalının ikinci mərtəbəsində yanğın baş verib. Uanğın zamanı 17 kişi və 15 qadın olmaqla 32 nəfərin öldüyünü açıqlayıb.
Səlahiyyətlilər bildiriblər ki, binanın içərisi taxta materiallardan olduğu üçün alov qısa müddətdə ətrafa yayılıb və qatı tüstü işçilərin və müştərilərin təxliyəsini çətinləşdirib. İlkin araşdırmaya görə, yanğının elektrik sızmasından qaynaqlandığı qeyd edilib.
Qeyd edək ki, binada axtarış-xilasetmə işləri hələ də davam edir.
Məhəmməd Tağıyev