Belçikada qocalar evində qalan 3 nəfər qocanın ayaq barmaqlarının arasına daha çox insulin vuraraq öldürüldüyü müəyyən edilib.
525.az "The Brussels Times"a istinadən xəbər verir ki, ölkənin qərbindəki Oostrozebeke qəsəbəsindəki qocalar evində insulinlə törədilən 3 cinayətlə yanaşı, 6 qətlə cəhdin də olduğu üzə çıxıb. İlk dəfə 2020-ci ilin iyul ayında başladığı bildirilən hadisələrdə qocalar evində qalan bəzi insanlara təxminən 1 il ərzində həddindən artıq dozada insulin verildiyi müəyyən edilib. İynə izlərinin görünməməsi üçün ayaq barmaqları arasında insulinin vurulduğu müəyyən edilib.
Bəzi yaşlı insanlara isə şəkərli diabeti olmadığı halda belə insulin vurulub. 3 qocanın bu səbəbdən öldüyü, 6 nəfərin isə daha çox insulin dozası almasına rəğmə sağ qaldığı da qeydə alınıb. Covid-19 pandemiyası zamanı qocalar evlərinə girişin məhdud olması və insulin inyeksiyalarının qapalı tutulması səbəbindən şübhələr qocalar evində çalışanların üzərində cəmlənir.
Qeyd edək ki, Belçika polisi hadisə haqda araşdırma aparır və bir çox insanı sorğuya çəkir.
Məhəmməd Tağıyev