Aşağı büdcəli hava yolu şirkəti "Ryanair" Belçikanın paytaxtı Brüsseldən geri çəkilməyə qərar verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İrlandiya firması "Ryanair"in Baş İcraçı Direktoru (CEO), Maykl O'Liri, sentyabrın sonunda Brüssel Zaventem Hava Limanında fəaliyyətlərini dayandıracaqlarını açıqladı. O, qərarın Belçikanın aviasiya sektoruna tətbiq etdiyi yeni vergilər və Brüssel Hava Limanı ödənişlərinin artırılması ilə əlaqədar verildiyini bildirib. Sözügedən uçuş vergiləri qalsa, Brüsselə qayıda biləcəklərinə işarə edən Maykl, bu mərhələdə Avropada inkişaf edə biləcəkləri bölgələrə diqqət yetirəcəklərini ifadə edib.
Qeyd edək ki, Belçika 500 kilometrdən az məsafədə olan uçuşlar üçün sərnişin başına 10 avro, daha uzun məsafələr üçün isə 2 -4 avro arasında əlavə vergi tətbiq etmək qərarına gəlib. Bu qərara uyğun olaraq, Ryanair qış dövründə Brüsseldən gündəlik uçuşlar həyata keçirməyəcək. Şirkətin 10 pilotu və Brüssel hava limanında yerləşən 60 nəfərlik uçuş heyəti var idi. Eyniadlı şirkət və işçiləri arasında məşğulluq və əmək haqqı məsələlərində də tez-tez fikir ayrılığı yaranırdı.
Xatırladaq ki, həmin Belçikadakı işçilər iyun ayında 3 günlük tətil etmək qərarına gəlib və bir çox uçuşlar gecikib.
Məhəmməd Tağıyev