ABŞ-ın Nyu-York şəhərində arsenik panikası yaşanır. Şəhərdəki yaşayış massivi kompleksinin su təchizatında normadan artıq arsen aşkar edilib. Minlərlə insan içməli s qıtlığı çəkir.
525.az "The Guardian"a istinadən xəbər verir ki, Şimali Amerikanın ən böyük yaşayış massivlərindən birinə bağlı olan Nyu-York şəhərinin ictimai yaşayış kompleksinin sakinləri ötən cümə günü məsələ ilə bağlı məlumatlandırılıblar. Həmin vaxtdan şəhər sakinləri içməli sudan istifadə edə bilmirlər. 4 minə yaxın insanın yaşadığı yaşayış kompleksinin sakinləri sudan pis qoxu gəldiyini və kranı açıb-bağlayanda suyun qəhvəyi rəngdə axdığını deyiblər.
Nyu-York Şəhər Şurası arsen tərkibinin artıq olduğunu qəbul etsə də, mövzu ilə bağlı suallara cavab verməyib. Problemin müvəqqəti həlli kimi bələdiyyə tərəfindən şəhər sakinlərinə içməli su dəstəyi göstərilir. Səlahiyyətlilər arsen səviyyəsi ilə bağlı problemin səbəbinin hələ aydınlaşdırılmadığını və məsələ ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, ölkədəki su problemi təkcə Nyu-Yorkla məhdudlaşmır. Ötən günlərdə Missisipi ştatında baş verən daşqın səbəbindən su şəbəkəsində problem yaranıb, minlərlə insan içməli su ilə təmin oluna bilməyib.
Məhəmməd Tağıyev