İngiltərənin paytaxtı Londonda heyvan hüquqları müdafiəçiləri parlament binasına boya atıblar. Aksiya zamanı 10 nəfər saxlanılıb.
525.az "BBC News"a istinadən xəbər verir ki, heyvanların hüquqlarını müdafiə edən qrupun üzvləri yeni baş nazir Liz Trassın parlamentə səfəri zamanı etiraz ediblər. Bəzi fəallar binaya boya atıb, bəziləri isə özlərini parlament binasının qarşısındakı səkiyə atıblar.
Südçülüyün iqlim böhranına səbəb olduğunu əsas gətirən qrup üzvləri hökumətin bu məsələ ilə bağlı tədbir görməli olduğunu bildiriblər.
Qeyd edək ki, eyni qrup daha əvvəl Londonda bəzi mağazalara süd tökərək etiraz etmişdi.
Məhəmməd Tağıyev