Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar 10 gün milli matəm başlayıb.
525.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kraliçanın ölümündən sonra şahzadə Çarlz yeni monarx olub.
Hökumətin, ölkənin bütün diqqətini dəfn mərasiminə yönəltməsinə imkan vermək üçün təcili olmadıqda başqa hər hansı işə başlaması gözlənilmir.