III Çarlz bu gün rəsmi olaraq Böyük Britaniyanın yeni kralı elan ediləcək.
525.az “The Times”a istinadən xəbər verir ki, onun həmin gün xalqa müraciət edəcəyi gözlənilir.
Daha əvvəl İngiltərə mediasında III Karl 9 sentyabr cümə günü kral elan ediləcəyi barədə xəbərlər yayılsa da, tarix 10 sentyabr kimi bildirilib. Artıq Böyük Britaniyanın yeni baş naziri Liz Truss anası Kraliça II Elizabetanın ölümündən sonra Britaniya kralı olan şahzadə Çarlzın III Çarlz adıyla taxta keçdiyini açıqlayıb.
Xatırladaq ki, kraliça II Elizabet sentyabrın 8-i cümə günü Şotlandiyada vəfat edib. O, 6 fevral 1952-ci ildə İkinci Dünya Müharibəsi zamanı Britaniya İmperiyasına rəhbərlik edən atası Kral VI George-in ölümündən sonra taxta çıxıb və 70 il taxta sahiblik edib.
Malik Atilay