ABŞ-nin Virciniya ştatında elektrik enerjisinin kəsilməsi nəticəsində 10 mindən çox insan qaranlığa qərq olub.
525.az ABŞ mediasına istinadən xəbər ki, Virciniyanın Kempsville qəsəbəsinin sakinləri məhəllədə transformatorun sönməsi nəticəsində qaranlığa qərq olublar.
Səlahiyyətlilər işığın kəsilməsinə səbəbi kimi dələlərinnin elektrik yarımstansiyasına girərək transformatora zərər vurmasını göstəriblər. Qəsəbənin enerji şirkəti tərəfindən idarə olunan bütün yarımstansiyalarda dələ qoruyucuları var, lakin bu, kiçik gəmiricilərin qəza yaratmasına mane ola bilməyib.