"Daniel İnouye Teleskopu" ilk dəfə olaraq Günəş atmosferinin ikinci təbəqəsi olan və rəng sferası kimi tanınan xromosferin ətraflı təsvirlərini əldə etməyə müvəffəq olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Günəş Rəsədxanası "Daniel İnouye Teleskopu" ilə günəşin yeni fotosunu paylaşıb. Fotoşəkildə Günəş atmosferinin ikinci təbəqəsi olan və rəng sferası olaraq adlandırılan xromosfer ilk dəfə bu qədər detallı şəkildə göstərilib. Yüksək keyfiyyətli fotoşəkildə Günəşdən 82,500 kilometr uzaqlıqda bir ərazi görünür.
Əvvəlki teleskopların Günəş fotonlarına qarşı həssas olan linzaları belə detallı görüntülərin qeyri-dəqiq olmasına səbəb olurdu. İnkişaf edən texnologiya isə kosmos obyektlərinin getdikcə daha aydın şəkildə fotoşəkilini çəkməyə imkan verir. Xüsusilə ABŞ-dakı "Daniel İnouye Teleskopu" kimi qabaqcıl cihazlar Günəşin əvvəllər görünməmiş detallarını üzə çıxarmağa imkan verir.
Məhəmməd Tağıyev