Fransada keçirilən "UEFA Avropa Konfransı Liqası" matçında azarkeşlər arasında toqquşma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın "Nitsa" və Almaniyanın "Köln" qarşılaşması zamanı azarkeşləri arasında dava düşüb. Təhlükəsizlik qüvvələri tərəfdarları ayırmağa çalışıb, tribunadakı bir nəfər 5 metr yüksəklikdən yıxılıb və hadisədə 2-si ağır olmaqla, 18 nəfər də xəsarət alıb.
Matç əvvəlcə təxirə salınıb. Daha sonra isə "UEFA"nın təhlükəsizlik iclasında alınan qərarla 1 saat gec başlayıb. Hadisələrlə bağlı açıqlama verən Nitsa meri Kristian Estrosi qarşı tərəfi günahlandırıb. O, stadionda dağıdılmış yerlərin və təmizliyin hesabını “Köln” klubuna göndərəcəyini bildirib.
Məhəmməd Tağıyev