ABŞ-nin paytaxtı Vaşinqtonun meri Muriel Bouzer fövqəladə vəziyyət elan edib.
525.az "Washington Post"dan aldığı məlumata əsasən xəbər verir ki, ABŞ-ı Vaşinqton meri mətbuata açıqlamasında Texas və Arizona ştatlarından paytaxta göndərilən immiqrant avtobuslarına diqqət çəkib. Bu səbəbdən şəhərdə fövqəladə vəziyyət elan etdiklərini bildirən Bauzer, Daxili Təhlükəsizlik Nazirliyi ilə ortaq immiqrasiya xidmətləri ofisi qura biləcəklərini və gələn immiqrantlara maddi dəstək verə biləcəklərini qeyd edib. Bauzer aprel ayından bəri Arizona və Texasdan 9400 immiqrantın şəhərə köçdüyünü bildirib.
Qeyd edək ki, ABŞ-da respublikaçı ştatların qubernatorları qeyri-qanuni immiqrantları Meksika sərhədindən avtobuslarla Vaşinqton və Nyu-York kimi Demokratik ştatlara göndərirlər.
Məhəmməd Tağıyev