Çinli alimlər Aydan toplanan nümunələrdə yeni mineral aşkar edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Milli Kosmik İdarəsi (CNSA), Milli Nüvə Təşkilatı (CNNC) və Atom Enerjisi Təşkilatının (CAEA) rəsmiləri mətbuat konfransında yeni mineralın aşkar edildiyini açıqlayıblar. 2020-ci ildə Aya göndərilən "Chang'ı-5" kəşfiyyat qurğusu tərəfindən toplanan qaya və torpaq nümunələrində tapılan fosfat minarəsinə "Changızit-(Y)" adı verilib.
CNNC rəsmisi bildirib ki, təşkilata bağlı Pekin Uran Geologiyası Tədqiqat İnstitutunun alimləri rentgen şüaları difraksiya üsulu ilə 140 mindən çox Ay hissəciklərindən tək kristal hissəciyi təcrid ediblər və saç telinin təxminən onda biri diametrində olan 10 mikron parçasının yeni bir mineral olduğu başa müəyyən edilib. Vanq, tədqiqat qrupunun gələcəkdə Ay nümunələrində füzyon enerjisindən istifadə potensialına malik olan "Helium-3"ün sıxlığını da ölçdüyünü ifadə edib. Aydan toplanan bazalt süxurlarında aşkar edilən "Changızit-(Y)" mineralı Beynəlxalq Minerologiya İttifaqının Yeni Minerallar, Terminlər və Təsnifat Komissiyası tərəfindən təsdiqlənərək qeydə alınıb.
"Changızit-(Y)" bu günə qədər Ayda aşkar edilmiş 6-cı yeni mineraldır. Kəşf sabah Çində qeyd olunacaq "Ay festivalı" tədbiri öncəsi elan edilib. Mineral, Çin mifologiyasında Ay pərisi "Chang"ın şərəfinə adlandırılıb.
Qeyd edək ki, Çin 2030-cu ildə Aya insanların kosmik missiyanın həyata keçirilməsini hədəfləyir.
Məhəmməd Tağıyev