Fransada bəzi hüquq müdafiəçiləri birliklərinin polisin immiqrantlara qarşı zorakılıq tətbiq etməsindən şikayət etməsindən sonra prokurorluq araşdırmaya başlayıb.
525.az "France 24"ə istinadən xəbər verir ki, İnsan haqları müşahidəçiləri (HRO) avqust ayında polisin immiqrantlara qarşı zorakılığa etdiyini bildirib. Prokuror Guirec Le Bras verdiyi açıqlamasında, Lill Şəhər Milli Polisinin İstintaq Birliyinə (IGPN) araşdırma aparmaq üçün göstəriş verdiyini və istintaqın başladığını bildirib. HRO-nun avqustun 22-də verdiyi açıqlamaya görə, bir qrup Eritreyalı sığınacaq axtaran şəxs Kale şəhərindəki yanacaqdoldurma məntəqəsində İngiltərəyə getmək üçün yük maşınına minərkən iğtişaş dəstəsi ilə qarşılaşıb. Hadisə şahidlərinin sözlərinə görə, qrupdan 2 gənc istisna olmaqla, hamı ərazidən qaçarkən polislər yerdə qalan iki gəncə yaxınlaşaraq onların üzünə yumruq və zərbələr endirib.
Qeyd edək ki, bölgəyə gələn yardım qrupları iki immiqrantı xəstəxanaya apararkən, müdaxilə edən həkim gənclərdən birinin burnunun qırıldığı və döş qəfəsində ciddi zədə olduğu barədə hesabat hazırlayıb.
Məhəmməd Tağıyev