Banqladeşin şimalında ötən gün 9 nəfər ildırım vurması nəticəsində ölüb. Ölkənin cənub-qərbində yerləşən Xulna şəhərində isə bu gün iki qardaşı ildırım vurmasının qurbanı olub. Bu günlərdə ildırım çaxması nəticəsində onlarla insan xəsarət alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyinin məlumatına görə, 2011-ci ildən bəri ölkədə ildırım vurması nəticəsində 3000-dən çox insan həlak olub. İqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biri olan Banqladeşdə bu ölümlərin təxminən 70 faizi aprel-iyun dövründə qeydə alınıb.
Məhəmməd Tağıyev