Pakistanda daşqınlar səbəbilə məktəblərin 40 faizinin dağıdıldığı Sinddə 16 mindən çox məktəb yararsız hala düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dağılan məktəblərlə yanaşı, 2500-dən çox məktəb yardım düşərgələrinə çevrilib. Sel fəlakətinə görə təxliyə edilən 65 mindən çox ailə isə bu məktəblərə yerləşdirilib. Səlahiyyətlilər daşqından zərər çəkmiş ərazilərdə daha çox düşərgə məktəbləri qurmağı planlaşdıraraq, fərqi aradan qaldırmaq istəyirlər. Daşqından zərər çəkən pakistanlı uşaqlar isə yarım-yamalaq məktəblərdə təhsil almağa başlayıblar.
Məhəmməd Tağıyev