Meksikada əyləci işləməyən yük maşınının 22 avtomobilə çırpılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Queretaro şəhəri yaxınlığında şossedə əyləci xarab olan yük maşını 22 avtomobillə toqquşub. Hadisə yerinə çox sayda ilkin tibbi yardım və polis qrupları göndərilərkən, səlahiyyətlilər qəzada 44 nəfərin yaralandığını, 3 nəfərin isə vəziyyətinin ağır olduğunu açıqlayıb. Qəza yerində aparılan xilasetmə işləri ilə əlaqədar magistral yol 3 saatdan artıq bağlanıb.
Hadisə şahidləri qəza törədən yük maşını sürücüsünün qəzadan sonra qaçmağa çalışdığını, polis iə sürücünün tutularaq saxlanıldığını bildirib.
Məhəmməd Tağıyev