Kaikoura Polis İdarəsi rəsmiləri 11 nəfərin olduğu qayığın Kaikoura sahillərində dalğalala çırpıralaq çevrildiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər qayıqda olan 5 nəfərin həyatını itirdiyini, 6 nəfərin isə xilas edildiyini deyib. Qəza zamanı dənizin dalğalı olduğuna diqqət çəkib və qayığa balinanın dəymiş ola biləcəyini bildirib. Bölgədən kifayət qədər çox sayda sparkmeti və donqar növlərində balinaların keçdiyini bildirilib.
Yerli əhalinin xilasetmə işlərinə dəstək verdiyi qeyd edilib. Hadisə şahidləri yerli mətbuata verdiyi açıqlamada xilasetmə işlərinə 3 helikopter və 2 dalğıcın qatıldığını bildiriblər.
Qeyd edək ki, Kaikoura balinaları seyr etmək istəyənlərin sevimli şəhərləri arasındadır. Turistlərin balinaları, delfinləri və ya digər dəniz canlılarını yaxından görə bilmələri üçün ərazidəki çimərliklərinə turlar təşkil edilir.
Məhəmməd Tağıyev