Efiopiya öz təqvim və vaxt sistemindən istifadə edərək yeni 2015-ci ilə daxil olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, son 2 ildə qarşıdurma və siyasi böhranla mübarizə aparan ölkədə siyasətçilər və dini liderlər yeni il üçün sülh mesajları paylaşıblar. Öz təqvim və saat sistemindən istifadə edən ölkədə "enkutata" adlanan ilin ilk günü həm də yağışlı mövsümün sonu və məhsul yığım dövrünün başlanğıcı hesab olunur.
Baş nazir Abiy Əhməd mesajında gələcəyə ümidlə baxdıqlarını ifadə edərək, xalqını yeni ildə ölkənin daha yaxşı gələcəyə ümidinə töhfə verəcək səylərin bir parçası olmağa çağırıb. Günəşə əsaslanan və Qriqorian təqvimindən 7 il 8 ay geri qalan Efiopiya təqvimi dini təqvim olmaqla yanaşı, Efiopiya dövləti tərəfindən bütün rəsmi işlərdə istifadə olunur.
Fərqli vaxt sistemindən də istifadə edən Efiopiyada gün 00:00-da deyil, saat 06:00-da başlayır. Bir gün 12 saatlıq iki fərqli hissədən ibarət olsa da, birinci saat qurşağı 06:00-da, ikinci isə 18:00-da başlayır.
Qeyd edək ki, bu təqvimdə ilk 12 ay 30 gündən ibarət olduğu halda, təqvimdə 12-ci aydan sonra 5-6 gündən ibarət 13-cü ay var. Bu təqvimə görə yeni ilə sentyabrın 11-i və ya 12-si daxil olur.
Məhəmməd Tağıyev