Koronavirus epidemiyasının ilk aylarından xaricə getməyən Çin Xalq Respublikasının Sədri Si Cinpin 3 ildən sonra ilk dəfə xarici ölkələrə gedəcək. O, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İştirak edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezident sentyabrın 14-də Qazaxıstana, daha sonra isə sentyabrın 15-16-da Sammitində iştirak etmək üçün Özbəkistana gedəcəyi açıqlanıb. Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Çin Prezidentinib qazaxıstanlı həmkarı Qasım-Comərt Tokayev və özbək həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə bu iki ölkəyə rəsmi səfər edəcəyi paylaşılıb.
Qeyd edək ki, Çin Prezidenti sonuncu rəsmi səfərini 2020-ci ilin yanvarında Myanmaya etmişdir.
Məhəmməd Tağıyev