200 günü arxada qoyan Ukrayna-Rusiya müharibəsi bütün sürəti ilə davam edir. Bir neçə gündür Ukrayna ordusunun hücumu davam edərkən, Rusiya mətbuatından diqqətçəkən bir iddia gəlib.
525.az “Hürriyət.com”a istinadən xəbər verir ki, Rusiya dövlət televiziyası Putinin pusquya düşdüyünü deyib və vəziyyəti belə şərh edib:
“Müharibədə təşəbbüsü ələ alan Ukrayna qüvvələri hücumlarını davam etdirir. Rus qoşunları isə geri çəkilir.
Rusiya bu vəziyyəti yenidən qruplaşma kimi təqdim edir”.
Bölgədəki son vəziyyət Rusiya ictimaiyyətində də mübahisələrə səbəb olub.
Qeyd edək ki, meydanda uğursuzluq Rusiya mətbuatının gündəmini zəbt edib. Kremlin nəzarətində olan dövlət televiziyasındakı vəziyyətlə bağlı maraqlı iddia irəli sürülüb.
Əntiqə Kərimzadə