Çin “Congshing-1E” kosmosa rabitə peyki göndərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, peyk ölkənin cənubundakı Haynan adasındakı Vinçaq Peyk Mərkəzindən “Long March-7A” raketi ilə buraxılıb. Orbitə buraxıldıqdan sonra planlaşdırılan orbital mövqeyə yerləşdiyi bildirilən peyk yüksək keyfiyyətli səs, məlumat, radio və televiziya siqnallarının ötürülməsi xidmətlərini göstərəcək.
Buraxılış "Long March" raketləri ilə həyata keçirilən 437-ci uğurlu missiya idi.
Məhəmməd Tağıyev