Bostonda yerləşən "Northeastern Universiteti" şəhərciyində şübhəli bağlama partlayıb və bir məktəb işçisi yaralanıb. Polis bağlamanın əraziyə necə düşdüyünü və partlayışın dəqiq səbəbini müəyyən etməyə çalışarkən, Federal Təhqiqat Bürosu (FTB) araşdırmaya başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Boston polis müfəttişi Felipe Kolon mətbuat konfransında jurnalistlərə bildirib ki, 45 yaşlı məmur bağlamanı açmağa cəhd edərkən partlayıb. Hüquq-mühafizə orqanları partlayışın yerli vaxtla axşam saat 19:15 radələrində baş verdiyini bildirib.
Qeyd edək ki, "Boston Herald"ın məlumatına görə, ikinci şübhəli bağlama da aşkar edilib, lakin sonradan polis bomba dəstəsi bombanı zərərsizləşdirib. Həmçinin şəhərin Təsviri İncəsənət Muzeyinin yaxınlığında, universitetin yaxınlığında başqa bir şübhəli qurğu aşkarlanıb.
Məhəmməd Tağıyev