Avqust ayında Polşada Odra çayında tonlarla balığın tələf olmasına səbəb olan ekoloji fəlakət baş vermişdi və balıq ovuna qadağa qoyulmuşdu.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq çayda balıq ovuna qoyulan qadağa aradan qaldırılıb. Bunu Polşanın Qərbi Pomeraniya qubernatoru sosial mediada açıqlayıb. Odra çayının bütün Qərbi Pomeraniya hissəsində və Liman gölündə həvəskar balıq ovuna qadağa avqustun 13-dən bəri qüvvədə idi.
Qərar Qərbi Pomeraniya Voyevodalığının İdarə Heyəti tərəfindən qəbul edilib. İyulun sonunda ölkənin cənub-qərb hissəsindəki Olava şəhəri yaxınlığında qunduz və buna bənzər heyvanlar, eləcə də çoxlu sayda ölü balıq aşkar edilmişdi. Buna nəyin səbəb olduğu bilinmir.
Qeyd edək ki, Polşada Odra çayında baş verən ekoloji fəlakətlə əlaqədar paytaxt Varşavada, Vrotslav və Lodz şəhərlərində matəm yürüşləri keçirilib.
Məhəmməd Tağıyev