İraqda su quyusu qazan adam tarixi əsər tapıb.
525.az İraq mediasına istinadən xəbər verir ki, həyətində su quyusu qazan adam Assuriya dövrünə aid tarixi əsər tapıb.
İ Asur mahalının valisi Cercis İsmail Hacaba bildirib ki, evində qazıntı işləri aparan bir vətəndaşın eramızdan əvvəl 612-911-ci illərə aid olan Assur İmperiyası dövrünə aid böyük bir su qabı tapdığını yazıb. Mütəxəssislərinin qabı çıxarmaq üçün gəldiyini bildirən Hacab bölgədə 100-dən çox tarixi əsərin olduğunu və 2014-cü ildə terror təşkilatı İŞİD-in ölkənin böyük bir hissəsini işğal etməsindən sonra tarixi əsər axtarışlarının dayandırıldığını bildirib.
Malik Atilay