Çinin şərq sahillərinə təsir edən "Mufia" qasırğası səbəbindən təxminən 1,6 milyon insan evlərindən təxliyə edilib.
525.az "CCTV"ə istinadən xəbər verir ki, Cicianq əyalətində 1,2 milyon, Şanxayda isə 426 min insan müvəqqəti sığınacaqlara yerləşdirilib. Sürəti saatda 125 kilometrə çatan tropik siklon dünəndən etibarən Cicianq sahillərində təsirli olmağa başlayıb. Şimala doğru hərəkət edən tayfun bu gün günorta saatlarında Şanxayın cənubundakı Fingxian mahalına güclü külək və yağış gətirib.
Qasırğa səbəbilə Şanxayın iki beynəlxalq hava limanına uçuşlar ləğv edilib, Asiyanın ən böyük konteyner terminalı olan Cicianqdakı Şanxay Limanı və Ninqbo Limanı da fəaliyyətini dayandırıb.
Qeyd edək ki, "Mufia" bu il Çində 12-ci qasırğa olub.
Məhəmməd Tağıyev