Yerdən bir daha görünməyəcək kometanın fotoşəkili İlin Astronomiya Fotoşəkili mükafatına layiq görülüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Leonard" kometası 2021-ci ildə aşkar edildikdən dərhal sonra Yerin yaxınlığından keçib. İndi isə Günəş sistemindən kənardadır. İlk fotonu çəkən avstriyalı Gerald Rhemann kometin quyruğunun parçalandığı anın şahidi olacağını gözləmədiyini bildirib.
Rhemann "Bu, mənim fotoqrafiya karyeramın zirvəsidir, bunu çəkdiyim üçün çox xoşbəxtəm", - deyib. İlk kadr isə 2021-ci ilin Milad günündə Namibiyadakı rəsədxanada çəkilib. Astronom Ed Blumer bu fotonu "indiyə qədər çəkilmiş ən yaxşı kometa şəkillərindən biri" adlandırıb.
Qeyd edək ki, münsiflər heyəti bu il dünyanın müxtəlif ölkələrindən 3000-dən çox fotoşəkili araşdırıb.
Məhəmməd Tağıyev