Dünyanın ən sürətli quru heyvanı kimi tanınan və 1952-ci ildə nəsli kəsilmiş elan edilən çitalar 70 ildən sonra Hindistana qayıdıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox çita əhalisi olan Afrika ölkəsi Namibiyadan götürülən səkkiz çita Hindistanın baş naziri Modinin 72-ci doğum günü üçün özəl təyyarə ilə Hindistanın Madhya Pradeş əyalətinin Qvalior bölgəsinə aparılıb. Çitalar ölkənin mərkəzi hissəsindəki Çambal Qvaliordan Kuno Milli Parkına iki helikopterdə buraxılıb. Modi, "Twitter" hesabında paylaşdığı videoda, "On illər sonra çitalar mənim torpağıma qayıtdı" ,- deyə paylaşım edib. O, töhfələrinə görə Namibiya hökumətinə də təşəkkür edib.
Qeyd edək ki, Hindistan brakonyerlik səbəbindən 1952-ci ildə çitaların nəslinin kəsildiyini elan etmişdi.
Məhəmməd Tağıyev