ABŞ-ın Nevada ştatında daha bir kiçik təyyarə magistral yola sərt eniş edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nevada ştatında tək mühərrikli təyyarə qəzası baş verib. Henderson şəhərinin hava limanına eniş etməyə çalışan kiçik təyyarə ətrafdakı magistral yola sərt eniş edib. Təyyarənin içərisində olan iki nəfər qəzadan xəsarət almayıb. Təyyarə xüsusi komandanın müdaxiləsi ilə qaldırıldıqdan sonra magistral yol nəqliyyata açılıb.
Məhəmməd Tağıyev