Misir 2023-cü ilin yanvar ayından etibarən Süveyş kanalında ödənişləri 15 faiz artırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının prezidenti Usamə Rabi verdiyi yazılı açıqlamada, dəniz nəqliyyatı sektorunda bazarda baş verən dəyişikliklər nəticəsində kanaldan tranzit ödənişlərinin yenidən nəzərdən keçirildiyini bildirdi. Kanaldan keçən bütün növ gəmilərin rüsumunun 15 faiz artırıldığını qeyd edən Rabi, yalnız yük daşıyıcıları və turizm gəmilərinin rüsumlarının 10 faiz artırıldığını deyib.
O, artımların 2023-cü ilin yanvar ayından etibarən həyata keçiriləcəyini ifadə edərək, buna qlobal tədarük zəncirindəki böhran, daşınma üsullarında qiymət artımı və yüksək enerji qiymətləri kimi amillərin təsir etdiyini deyib.
Qeyd edək ki, dünya dəniz ticarətinin 10 faizini təmin edən Süveyş kanalı Misirin əsas gəlir mənbələrindən biridir. Süveyş kanalı idarəsi, iyun ayında sona çatan son maliyyə ilində gəlirinin bir əvvəlki ilə görə yüzdə 20,7 faiz artaraq 7 milyard dollara çatdığını açıqlayıb.
Məhəmməd Tağıyev