Fransanın paytaxtı Parisdəki "Luvr Muzeyi"nin piramidası enerjiyə qənaət addımları çərçivəsində iki saat tez söndürülüb.
525.az "Le Monde"dən aldığı məlumata əsasən xəbər verir ki, Fransada enerji qənaətinə keçidin təsirli olması və geniş məlumatlılıq yaratmaq üçün bəzi turistik və tarixi binaların işıqlarının normal vaxtdan əvvəl söndürülməsinə dair qərarlar qəbul edilib. Bu çərçivədə dünyaca məşhur Luvr muzeyinin bağçasındakı piramida 2 saat əvvəl qaranlığa qərq olub. Parisin simvollarından olan muzeyin piramidasının işıqları hər gün yerli vaxtla saat 01:00-da söndürülürdü. Digər tərəfdən, Paris bələdiyyəsinin qərarı ilə sentyabrın 23-dən etibarən Eyfel qülləsinin işıqlandırması hər gün olduğundan erkən sönəcək. Bundan əlavə, gələn həftədən etibarən tarixi Versal Sarayının ön cəbhəsini aydınlatan işıqları 1 saat tez sönəcək.
Qeyd edək ki, "France 2" televiziyasına danışan Fransanın mədəniyyət naziri Rima Əbdül Məlak vətəndaşların enerji şüurunu artırmaq və hərəkətə keçmək üçün simvolik addımların vacib olduğunu bildirib.
Məhəmməd Tağıyev