"Hubble” kosmik teleskopu iki qalaktikanın şəklini çəkib.
525.az "Smithsonian Magazine"ə istinadən xəbər verir ki, "Hubble” kosmik teleskopu yerdən bir milyard işıq ili uzaqda bir-birindən milyonlarla kilometr uzaqlıqda olan iki qalaktikanın şəklini çəkib. Teleskopun çəkdiyi perspektivdə iki qalaktika üst-üstə düşərək ilbiz şəklini ortaya çıxarıb.
Görüntünü paylaşan Amerika Aeronavtika və Kosmik Agentliyi NASA-ya aid "Hubble” kosmik teleskopu 20 ildir kosmosda müşahidələr aparır.
Məhəmməd Tağıyev