"NASA"nın Artemis Ay missiyalarında mühüm rol oynayacaq "Avtonom Positioning System Technology Operations and Navigation Experiment" (CAPSTONE) təhlükəsiz rejimdə ilişib qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, kosmik agentlik tərəfindən iyunun 28-də orbitə buraxılmış peyk gələcəkdə Ayın orbitində kosmik stansiyanın yaradılması üçün məlumatlar toplayır. 2024-cü ildə Aya astronavt endirməyi hədəfləyən NASA bu stansiyanı kosmosda daimi mövcudluğu və Ayın missiyalarını asanlaşdırmaq üçün qurmaq istəyir. Bu məqsədə uyğun olaraq, CAPSTONE Ay orbitində 4 aylıq səyahətə çıxlb. Lakin sentyabrın 8-də trayektoriya korreksiyası manevri zamanı təhlükəsiz rejimə keçib və hələ də bərpa olunmayıb. Mövzu ilə bağlı qısa açıqlama verən NASA CAPSTONE missiya komandasının kosmik gəminin vəziyyəti ilə bağlı kifayət qədər məlumata sahib olduğunu bildirib. Sentyabrın 10-da edilən bu açıqlamadan sonra kosmos agentliyi dünən daha bir yeniləmə yayımladı və problemin həlli üçün çalışdıqlarını təkrarladı.
Məhəmməd Tağıyev