Ötən həftələrdə haqqında yazdığımız Maykl Cordanın məşhur forması rekord məbləğə - 10,1 milyon dollara satılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sotheby's" hərrac evi, Cordanın "Chicago Bulls" formasının cəmi 20 təklif aldığını bildirib. "Sotheby's"in küçə geyimləri və müasir kolleksiyalar bölməsinin rəhbəri Brahm Vaçter, iddiaçıların "nadir bir tarixə sahib olmağa çox hazır olduqlarını" söyləyib. Vatçer bildirib ki, bu günün rekordu qıran nəticə, Maykl Cordanı bütün zamanların ən yaxşısı kimi təsdiqləyir, onun adının və unikal irsinin az qala 25 il əvvəl olduğu kimi məşhur olduğunu sübut edir.
Qeyd edək ki, forma 1998-ci ilin iyununda üz səhifəsində Cordanın yer aldığı "Sports İllustrated" jurnalı ilə birlikdə hərraca çıxarılmışdı.
Məhəmməd Tağıyev