Fransanın La-Manş dənizi sahilindəki Kale şəhərində immiqrantların düşərgə qurmasının qarşısını almaq üçün rəhbərlik müəyyən nöqtələrə daşlar döşəyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 12-dən etibarən Kale şəhərinin mərkəzində, xüsusilə yaşıl və açıq ərazilərdə yüzlərlə ton qaya parçaları yerləşdirilib. Qayalar Dunay və Maas sahillərində, xüsusən də qatar stansiyası yaxınlığında müəyyən nöqtələrdə bir metrdən az məsafədə döşənib.
Kale Bələdiyyə Başçısı Nataça Bovçart, immiqrantların düşərgə qurmasının qarşısını almaq üçün tətbiq etdikləri təcrübəni müdafiə edərək, "şəhərin mərkəzində narahat düşərgələr istəmiriksə, hərəkətə keçməliyik"- deyib. Bələdiyyə qaya parçaları üçün 45 min avro büdcə ayırıb. Bölgədəki immiqrantlara kömək edən insan haqları təşkilatları İngiltərəyə keçmək istəyənlərin düşərgə qurmasının qarşısını almaq üçün Kale administrasiyasının belə bir üsuldan istifadə etməsini pisləyib. Kale administrasiyasının iyun ayında körpülərin altında qalan immiqrantları qovmaq üçün onların ətrafını hasarladığını xatırladan səlahiyyətlilər, bunun immiqrantları mərkəzdən çıxararaq onları "görünməz" etmək olduğunu vurğulayıblar.
Qeyd edək ki, La-Manş sahilində yerləşən Kale şəhərində dənizi keçərək İngiltərəyə getmək istəyən çoxlu nizamsız miqrant var.
Məhəmməd TAĞIYEV