İsveç parlamentinin sədri Andreas Norlen sentyabrın 11-də keçiriləcək ümumi seçkilərdən sonra hökumət qurmaq mandatını mötədil Mühafizəkarlar Partiyasının (M) lideri Ulf Kristerssona verdiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveç parlamentinin sədri Andreas Norlen keçirdiyi mətbuat konfransında hökuməti qurma vəzifəsini seçkilərdən sonra Kristerssona verdiyini və bunun üçün nə qədər vaxt veriləcəyinə gələn həftə seçiləcək varisinin qərar verəcəyini bildirib. Kristersson mətbuat konfransında ölkəni birləşdirən hökumət qurmaq istədiyini bildirib. Hər şeyin yaxşı getdiyini vurğulayan Kristersson, "Mən bölən deyil, bir araya gətirən bir hökumət qurmaq istəyirəm"- deyə bildirib. Ölkədə keçirilən qeyri-rəsmi ümumi seçkilərin nəticələrinə görə, (sağ partiyalar) 49,6 faiz (azlıq hökuməti) və (hakim sol partiyalar) isə 48,9 faiz səs toplayıb. Müvafiq olaraq, 349 yerlik parlamentdə sağ partiyalar 176, sol partiyalar isə 173 yer qazanıb. İsveç Demokratlar Partiyasının seçkilərdə səs nisbətini 20,5 faizə çatdıraraq ölkənin ikinci ən böyük partiyası olması diqqət çəkib. İsveç Demokratlar Partiyasının lideri Jimmie Akesson da yeni hökumətdə yer almaq istədiklərini və bu istəyin davam etdiyini bildirib.
Məhəmməd Tağıyev