İranda hakimiyyət əleyhinə başlayan aksiyalar daha şiddətli hal almağa başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İranda hicab qaydalarına uyğun olaraq örtünmədiyi səbəbiylə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlar davam edir.
Şəhər-şəhər böyüyən nümayişlərdə indiyədək təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 5 nəfərin öldüyü bildirilir.
Malik Atilay