"Gazprom" planlı təmir üçün "Sibirin Gücü" boru kəməri ilə Çinə təbii qazın nəqlini bir həftə müddətinə dayandıracaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın enerji şirkəti "Gazprom"dan verilən yazılı açıqlamada "Sibirin Gücü" boru kəmərində planlı təmir işləri aparılacağı bildirilib. Təmir işləri 22-29 sentyabr tarixlərində aparılacaq. Açıqlamada qeyd olunub ki, bu müddət ərzində xətlə qaz nəqli həyata keçirilməyəcək.
Məhəmməd Tağıyev