Gürcüstanda səhər saatlarında Bank Georgia-ya daxil olan soyğunçu xüsusi təyinatlılar tərəfindən bir neçə saat əvvəl zərərsizləşdirilib.
525.az Gürcüstan mediasına istinadən xəbər verir ki, girov götürülmüş şəxslər qarşılığında 2 milyon dollar tələb edən cinayətkar pulları təhvil almaq istəyərkən gürcü xüsusi təyinatlıların əməliyyatı ilə ələ keçirilib.
9 saat çəkən xilasetmə əməliyyatında soyğunçu girov götürdüyü 30 vətəndaşın əvəzində 2 milyon dollar pul, Rusiya bayrağı və qırmaq tələb edib.
Malik Atilay