Qazaxıstanda növbədənkənar prezident seçkiləri noyabrın 20-də keçiriləcək.
525.az xəbər verir ki, bu barədə məlumat Akordanın (Prezident Administrasiyası) rəsmi saytında dərc olunub.
Seçkilərdə növbəti 7 il ərzində ölkəni idarə edəcək dövlət başçısı seçiləcək. Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev seçkilərdə iştirak edəcək.