Sentyabrın 26-da Bakı Dövlət Universitetində təşkil olunmuş Yupiter və Saturn planetlərinin müşahidə gecəsi tədbirinin materiallarını NASA ilə paylaşmaqla BDU NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub.
BDU-dan 525.az-a verilən xəbərə görə, hazırda NASA-nın dünya üzrə 4125 müşahidə nöqtəsi mövcuddur, onlardan 5-i Azərbaycanda yerləşir. Müşahidə nöqtələri haqqında daha ətraflı məlumatı linkdə yerləşən xəritədən əldə etmək olar:
Oktyabrın 1-dən etibarən NASA tərəfindən təşkil edilən bütün müşahidə tədbirlərinin BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunması nəzərdə tutulub. Bu tədbirlərə Beynəlxalq Ayın Müşahidə Gecəsi, Günəş tutulması və s. daxildir.
Sevinc Qarayeva