|
|
|
|

Avropa İttifaqı Komissiyasının sədri Ursula Von der Leyen Aİ büdcəsinin müharibə və inflyasiya kimi problemlərin öhdəsindən gəlmək üçün kifayət etmədiyini və bunun yenidən planlaşdırılmasına ehtiyac olduğunu bildirib.
525.az xəbər verir ki, Von der Leyen Brüsseldə Aİ Büdcə Konfransı proqramının açılışında çıxış edib. Aİ büdcəsinin üzv dövlətlərə birlik olaraq daha çox şey verməli etdiyini ifadə edən Von der Leyen: "Mövcud büdcənin qaynaqları və çevikliyi son dərəcə məhduddur", - deyib. Von der Leyen Rusiya - Ukrayna müharibəsi səbəbiylə inflyasiyanın 10 faizə çatmasının Aİ büdcəsinin alıcılıq qabiliyyətini aşağı saldığına diqqət çəkib.
Von der Leyen, büdcə dizaynının "Çoxillik Maliyyə Çərçivəsi" icmalında yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğuna diqqət çəkib və Komissiyanın yeni iqtisadi mühitdən irəli gələn ehtiyacları təmin etmək üçün müxtəlif variantları araşdıracağını bildirib.
Məhəmməd Tağıyev



