“Məktəb psixoloqları məsələsi bizim üçün həqiqətən də problemdir”.
525.az xəbər verir ki, bunu Ailə, Qadın ve Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
Onun sözlərinə görə, şagird sayı 1000-i keçən bir neçə məktəbə 3 psixoloq ayrılsa da, bunun özü də yetərli deyil.
“Psixoloqun üzərinə düşən işlər çoxdur. Valideynlərin maarifləndirməsi ilə bağlı işlər görülməli, Valideyn-Məüllim Assosiasiyası işlərini artırılmalıdır. Bu gün hər məktəbə bir sosial işçi ayrılmalıdır”.
Sevinc Qarayeva